KİV: ABŞ bu həftə sonu İran hədəflərinə zərbələr endirməyə başlayacaq
ABŞ İordaniyadakı bazasına basqına cavab olaraq bu həftə sonu İraq və Suriyadakı hədəflərə zərbələr endirməyə başlayacaq.
Bu barədə “The Wall Street Journal” amerikalı rəsmilərə istinadən məlumat yayıb. Hücumun hədəfi İran qüvvələri və obyektləridir.
Qəzetin yazdığına görə, zərbələr çox səviyyəli olacaq və hərbi əməliyyatlar Tehrana Vaşinqtonun eskalasiyaya can atmadığını göstərmək üçün düzəldilə bilən digər tədbirlərlə birləşdiriləcək. ABŞ-ın məqsədi İrana təsir etməkdir ki, onun dəstəklədiyi silahlılar Yaxın Şərqdə hücumları dayandırsın.
CBS bir gün əvvəl bildirmişdi ki, İran hədəflərinə zərbələr endirmək planı artıq təsdiqlənib, onlar bir neçə gün ərzində həyata keçiriləcək. Ağ Evin sözçüsü Con Kirbi təfərrüatları açıqlamadan ABŞ prezidenti Co Baydenin ABŞ bazasına hücuma cavab vermək üçün “qərar verdiyini” təsdiqləyib.