2 müsəlman qadının Harrisin tədbirindən kənarlaşdırılması ayrı-seçkiliklə bağlı müzakirələrə səbəb olub


İki hicablı müsəlman qadının ABŞ-ın vitse-prezidenti Kamala Harrisin ABŞ-da keçirilən tədbirindən kənarda qalması ABŞ prezidenti Co Bayden və Harrisin seçki kampaniyasında diskriminasiya ilə bağlı müzakirələrə səbəb olub.



Sosial mediada yayılan görüntülərdə 27 yanvarda Las-Veqasda Harrisin seçki tədbirində hicablı iki qadının tədbir üçün tələb olunan dəvətnamə və qolbaqları olmasına baxmayaraq salona buraxılmadığı görünür.

Daha sonra qadınlar onları içəri buraxmayan şəxsə müsəlman olduqları üçün ayrı-seçkiliyə məruz qaldıqlarını söyləyiblər.

Qadınlar, "Bu, demokratların seçki kampaniyasına zidd deyilmi? Bu, çox islamofob və irqçi bir yanaşmadır" irad bildirib.

Sözügedən şəxs sadəcə üzr istəyirəm deyib.

Kadrların qalan hissəsində qadınlar hicablı olduqları üçün içəri buraxılmadıqlarını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu