İsrail prezidenti İsaak Hersoqa qarşı cinayət işi açılıb

İsveçrə Federal Prokurorluğuna Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə gələn İsrail prezidenti İsaak Hersoqla bağlı çoxsaylı cinayət şikayətləri daxil olub.
Davosa səfəri zamanı Dünya İqtisadi Forumunda (WEF) iştirak etmək üçün İsveçrəyə gələn İsaak Hersoq barəsində cinayət işi açılıb.
"Bern Today" qəzetinin məlumatına görə, cinayət şikayətləri Bern kanton polisi vasitəsilə İsveçrə Federal Prokurorluğuna göndərilib.
Qeyd olunub ki, Bern, Cenevrə və Sürix kantonlarında Hersoka qarşı çoxsaylı fərdi cinayət şikayətləri edilib.
Prokurorluq cinayət şikayətlərinə artıq normal prosedura uyğun olaraq baxılacağını bildirsə də, Hersokun toxunulmazlığı ilə bağlı vəziyyəti araşdırmaq üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıqlarını açıqlayıb.
Hersoqun toxunulmazlığı ilə bağlı qərarı İsveçrə Xarici İşlər Nazirliyi verəcək.
İttihamların konkret nədən ibarət olması ilə bağlı suala prokurorluqdan cavab verilməyib.
İsveçrənin "Keystone-SDA" rəsmi xəbər saytında yer alan xəbərə görə, cinayət şikayətləri "İnsanlığa qarşı cinayətlərə qarşı hüquqi fəaliyyət" adlı qrup tərəfindən edilib.
Qrupun yazılı açıqlamasında "Ümid edirik ki, cinayət təhqiqatı açılacaq; belə bir araşdırma Beynəlxalq Cinayət Məhkəməsindəki proseslərlə paralel aparıla bilər" - deyə bildirilib.
Qrup hesab edir ki, İsveçrənin araşdırma aparmaq öhdəliyi var.