Tayvanda keçirilən prezident seçkilərində müxalifət məğlub olduğunu etiraf edib
Müxalifətdə olan Kuomintang Partiyasının namizədi Hou Yui Tayvanda keçirilən prezident seçkilərində məğlub olduğunu etiraf edib.
"RİA Novosti"nin məlumatına görə, müvafiq bəyanat Pekinlə dialoqa sadiq olan Hou Yu ilə onun tərəfdarları arasında keçirilən görüş zamanı verilib.
“Mən hamını məyus etdim, ən dərin təəssüfümü ifadə etmək üçün buradayam. Məni bağışlayın” - deyə Hou Yui bildirib.
Məntəqələrin 93,3 faizinin bülletenlərini emal etdikdən sonra KMT nümayəndəsi 33,33 faiz səslə prezidentlik yarışında ikinci yeri tutub. Ondan sonra 26,24 faiz səslə Tayvan Xalq Partiyasının sədri Ke Venje gəlir. TASS-ın yerli TVBS telekanalına istinadən verdiyi xəbərə görə, o, seçiciləri ilə görüşündə də məğlub olduğunu açıqlayıb.
"Növbəti dəfə biz hakimiyyəti ələ keçirib ölkəni geri ala bilərik" - deyəi Ke Venzhe qeyd edib.