Sloveniyada mağarada qapalı qalan 5 nəfər üçün xilasetmə əməliyyatına başlanılıb


Yanvarın 6-da Sloveniyanın Qraxovo bölgəsindəki Krizna mağarasına daxil olan və təyin olunmuş vaxtda görüş yerinə çatmayan 5 nəfər üçün xilasetmə əməliyyatı başlayıb. Qapalı qalan insanların mağaranın girişindən 2,1 kilometr aralıda olduğu, suyun səviyyəsinin çox olması səbəbindən təxliyyənin hələ həyata keçirilmədiyi bildirilib.


Sloveniya Mağara Xilasetmə Xidmətindən verilən açıqlamada bildirilir ki, yerli vaxtla saat 08:00-da Krizna mağarasına 2 bələdçi və 3 turist daxil olub.

Üçüncü bələdçi qapalı qalan komandanın razılaşdırılmış görüş yerinə saat 15:00-da gəlməməsindən sonra səlahiyyətlilərə xəbər verib.

Saat 17.25 radələrində mağaraya çatan Sloveniya Mağara Xilasetmə Xidməti qrupları suyun səviyyəsinin yüksək olması səbəbindən evakuasiyaya cəhd etməyib, qapalı qalanlara quru paltar və qida çatdırıblar.

Xidmətin dünən verdiyi açıqlamada, “Krizna mağarasındakı suyun səviyyəsi qapalı vəziyyətdə qalan insanların təhlükəsiz şəkildə təxliyəsinə imkan vermir. Beş mağara dalğıcından ibarət bir qrup mağaraya qida paketləri və tələyə düşənlər üçün xüsusi quru kostyumlarla girəcək. Axşama doğru mağarada suyun səviyyəsi aşağı düşsə və hazırda keçilməz olan hissələr açılsa, həmin insanlar təxliyə olunacaq. Əgər suyun səviyyəsi o qədər yüksək olarsa ki, evakuasiya tam təhlükəsiz deyilsə, qapalı vəziyyətdə qalan insanlara qayğı göstəriləcək və mağaradan geri qaytarılacaq” - deyə bildirilib.

Sloveniya Mağara Xilasetmə Xidməti dünən axşam verdiyi açıqlamada suyun səviyyəsinin aşağı düşməyə başladığını və təxliyyənin yanvarın 8-də baş tuta biləcəyini bildirib.

Açıqlamada deyilir: “Qapalı qalanların vəziyyəti çox yaxşı və stabildir. Qida, içki və istilik cihazları ilə kifayət qədər təchiz olunmuşdur. Su yavaş-yavaş çəkilməyə başlayıb və biz ümid edirik ki, sabaha qədər şərait sıxışmış insanların xilas edilməsi üçün kifayət qədər yaxşılaşacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu