İran prokurorluğu Kirmandakı terror aktı ilə bağlı 32 nəfərin saxlandığını açıqlayıb


İranın Kirman şəhərinin prokuroru Mehdi Baxşi general Qasım Süleymaninin anım günü qəbiristanlıqda törədilən terror aktı ilə bağlı 32 nəfərin saxlanıldığını açıqlayıb.



Onun sözlərinə görə, Kirman əyalətində 16 bomba aşkar edilib.

Prokurorun sözlərinə görə, Kirmanda terror aktının iştirakçıları qəbiristanlığa partlayıcı yerləşdirə bilməyiblər. Bundan əlavə, Kermanda partlayışları törədən kamikadzelərin yaşadığı ev aşkarlanıb. Terrorçuların evindən istifadəyə hazır partlayıcı qurğular, o cümlədən kamikadze kəmərləri də tapılıb.

Xatırladaq ki, yanvarın 3-də general Qasım Süleymaninin ölümünün 4-cü ildönümündə Kirmandakı qəbiristanlıqda iki partlayış baş vermiş, nəticədə 89 nəfər həlak olmuş, yüzlərlə insan yaralanmışdı.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu