Çin ABŞ-ın 5 şirkətinə sanksiya tətbiq edəcək
Çin hakimiyyəti Tayvana silah tədarükünə görə ABŞ-ın beş şirkətinə sanksiya tətbiq edəcək.
TASS xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Onlar "BAE Systems Land and Armament", "Alliant Techsystems Operation"," AeroVironment", "ViaSat" və "Data Link Solutions" şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər.
Çin Xarici İşlər Nazirliyi aydınlaşdırıb ki, tətbiq edilən məhdudiyyətlər Çin ərazisində bu şirkətlərin aktivlərinin, o cümlədən daşınmaz əmlakının dondurulmasını nəzərdə tutur.
Avqustda "Financial Times" qəzeti mənbələrə istinadən yazıb ki, ABŞ prezidenti Co Bayden Çindən artan təhdidlər fonunda Konqresdən Ukrayna büdcəsindən Tayvana silah pulu ödəməsini istəmək istəyir.