Trampı praymerizdən kənarlaşdıran hakimlər təhdidlərə məruz qalıb
Federal Təhqiqatlar Bürosu (FTB) Kolorado Ali Məhkəməsinin üzvlərinə qarşı təhdidləri araşdırır.
Bu barədə Axios məlumat yayıb.
Bildirilib ki, hüquq-mühafizə orqanları hakimlərin məskunlaşdığı ərazilərdə ciddi nəzarət edir.
Qeyd edək ki, bu hakimlər əvvəllər ABŞ-ın keçmiş prezidenti Donald Trampa ştatın Respublikaçılar Partiyasının praymerizində iştirakını qadağan etmişdi.