Polşa prezidenti dövlət mediasının maliyyələşdirilməsi ilə bağlı qanuna veto qoyub


Polşa prezidenti Anjey Duda yeni hökumətin nəzarətə götürməyə çalışdığı dövlət mediasının maliyyələşdirilməsi haqqında qanuna veto qoyub.


Bu barədə o, X sosial şəbəkəsində yazıb.

Dövlət başçısı 2024-cü ilin büdcəsindən üç milyard zloti ayrılmasını nəzərdə tutan qanuna veto qoymağı qərara alıb.

“Biz Konstitusiyanın və demokratik hüquqi dövlətin prinsiplərinin kobud şəkildə pozulmasına yol verməməliyik. İctimai media ilk növbədə vicdanla və qanuna uyğun şəkildə düzəldilməlidir”, - deyə Duda vurğulayıb.

O əlavə edib ki, indiki şəraitdə parlament çoxluğunun büdcə qanunu vasitəsilə dövlət mediasını maliyyələşdirmək cəhdi qəbuledilməzdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu