Tehranda Qəzzadakı vəziyyətə dair beynəlxalq konfrans keçiriləcək
İranın paytaxtı Tehranda Fələstinə dair beynəlxalq konfrans keçiriləcək. Konfransın məqsədi Qəzzaya dəstək toplamaq və İsraili Qəzza zolağında hərbi əməliyyatları dayandırmağa məcbur etməkdir.
Bu barədə Tasnim xəbər verib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani deyib ki, bir günlük konfransda 50-dən çox ölkədən hökumət rəsmiləri, tanınmış siyasi və dini xadimlər, ziyalılar və media nümayəndələri iştirak edəcək.