Turizmçilər Azərbaycan-Türkiyə investisiya forumunda


Bakıda ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilən Azərbaycan-Türkiyə investisiya forumu keçirilib.


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə baş tutan forum çərçivəsində müxtəlif mövzuları əhatə edən panel sessiyalar keçirilib.
Forumun açılışında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat və Prezident Aparatının Maliyyə Ofisinin rəhbəri Göksel Aşan iştirak edib.
İki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyan tədbir həm də regional inkişafa mühüm töhfələr verməyi hədəfləyir. Forumda iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı strateji məsələlər, eyni zamanda, Azərbaycanla Türkiyə arasında güclü iqtisadi əlaqələr yaratmaq üçün atılacaq addımlar, potensial investisiya imkanları müzakirə olunub. Forumda Azərbaycan Sağlamlıq və Termal turizminə Dəstək Assosiasiyası və Skal İnternational Bakı Klububunun üzvləri də iştirak edib.

Sonra Forum 6 paneldə müxtəlif mövzuların müzakirəsi ilə öz işini davan etdirib. Panellərdə “Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları”, “İkitərəfli ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu”, “Kənd təsərrüfatı və qida sənayesi sahələrində dialoq: cari çağırışlar və müasir həllər”, “Yaşıl enerji və smart city”, “Hərbi-texniki əməkdaşlıqda texnologiyanın rolu”, “Azərbaycanda sağlamlıq turizminin inkişaf perspektivləri” mövzuları üzrə maraqlı müzakirələr aparılıb

“Azərbaycanda sağlamlıq turizminin inkişaf perspektivləri” paneliniin açılışı səhiyyə nazir Teymur Musayev tərəfindən həyata keçirilib.
Panel müzakirələrinin moderatoru TR səhiyyə nazirinin müavini Şuayip Birinci olub.

Panel çıxışlarında ATB sədr müavini Rəşad Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev, , “Türk Hava Yolları”nın Baş direktor müavini Ahmet Olmuştur “Asfarma” şirkətinin direktoru Ender Kavuk iştitak ediblər.
Müzakirələrdə Azərbaycan və Türkiyə arasında sağlamlıq turizminin inkişaf prespektivləri, Türkiyə və Azərbaycan təcrübələrinin öyrənilməsi məsələləri, qarşılıqlı birgə layihələrin həyata keçirilməsi, investisya imkanlarının və kanallarının təsbit eilməsi və birgə fəaliyyət planlarının zəruriliyi və digər vacib məsələlər müzakirə olunub.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu