İran turizmi canlandırmaq üçün 32 ölkə ilə vizanı birtərəfli qaydada ləğv edir


İranın Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyi turizmi canlandırmaq üçün bəzi ölkələrə vizaların birtərəfli qaydada ləğvi ilə bağlı hökumətə təklif verib.


Bu haqda açıqlama verən nazir İzzətullah Zərqami bildirib ki, nazirliyin müəyyən edilmiş prioritetlər istiqamətində 32 ölkəyə vizaların birtərəfli qaydada ləğv edilməsi təklifi Nazirlər Şurası tərəfindən bəyənilib.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, mədəni irs, əl işləri və turizm naziri paytaxt Tehranda keçirilən kabinet iclasından sonra mövzu ilə bağlı mətbuata açıqlama verib.

Hökumətin təklifi qəbul etdiyini və ölkənin qapılarını dünyaya açmağa qərar verdiyini ifadə edən Zərqami, "Bu, hökumətin verdiyi çox cəsarətli və tədbirli bir qərar idi. Nazirlik olaraq bizim işimiz xalqla danışmaqdır. Və bu birtərəfli vizanın ləğvi əslində dünya xalqları ilə söhbət etmək deməkdir" - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu