İran ABŞ sanksiyalarına qarşı qlobal konsensusa çağırır


Beynəlxalq ictimaiyyət digər ölkələrə qarşı bütün qeyri-qanuni sanksiyaları dərhal ləğv etmək üçün ABŞ-a təzyiq göstərməlidir.



“Mehr” agentliyi xəbər verir ki, bunu İranın İnsan Haqları üzrə Ali Şurasının baş katibi Kazım Qəribabadi deyib.

Onun fikrincə, müasir tarixin xüsusiyyətlərindən biri də bir sıra ölkələrin, xüsusən də ABŞ-ın öz xarici siyasət məqsədlərinə çatmaq üçün ölkələrə qarşı birtərəfli məcburi tədbirlərə əl atmasıdır. O, əlavə edib ki, ABŞ-ın birtərəfli tədbirləri qanunsuzdur. Qəribabadi qeyd edib ki, Birləşmiş Ştatlar bu cür tədbirləri digər ölkələrə təsir etmək və ya siyasətlərini dəyişməyə məcbur etmək üçün alət kimi istifadə edir.

Qəribabadi bu cür sanksiyaların inkişaf hüququna zidd olduğunu və sənaye infrastrukturunun və texnologiya transferinin inkişafına mane olduğunu bildirib: “Beynəlxalq ictimaiyyətin bu cür cinayət əməllərini rədd etməsi və ABŞ-ı bütün qeyri-qanuni sanksiyaları dərhal ləğv etməyə çağırmağın vaxtı çatıb. Biz beynəlxalq ictimaiyyəti bu cür qeyri-insani hərəkətlərə qarşı qlobal konsensusun yaradılmasına kömək etməyə çağırırıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu