Avropada 80 min Amerika əsgəri var

ABŞ prezidenti Co Bayden Avropada 80 minə yaxın Amerika əsgərinin olduğunu açıqlayıb.
“İzvestiya” xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin ABŞ Konqresinin palatalarına ünvanladığı məktubda deyilir.
Onun sözlərinə görə, onlar NATO ölkələrində təyin edilib və ya yerləşdirilib. Hərbi personalın sayına Rusiyanı cilovlamaq və ABŞ-ın müttəfiqlərini gücləndirmək üçün yerləşdirilənlər də daxildir.
Bundan əvvəl senator Cek Rid ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırdıqdan sonra və münaqişənin gərginləşəcəyi təqdirdə amerikalı əsgərlərin Şərqi Avropaya müharibəyə göndərilə biləcəyini bildirmişdi.