Bakıda və rayonlarda zəlzələyə görə işlərə başlanılır - RƏSMİ


Seysmik rayonlaşdırılma xəritəsinin hazırlanması üçün FHN-lə birlikdə yapon mütəxəssislərinin iştirakı ilə gələn il işə başlanacaq.


Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli deyib.

"Bundan əlavə, şəhərsalma, yerli icra orqanları , Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılıq əldə olunub və bu barədə işlər gedir",- deyə o söyləyib.

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə əlavə edib ki, seysmik rayonlaşdırma xəritəsi əsasən, Bakı şəhəri Abşeron yarmadasını əhatə edəcək.

FHN rəsmisi bildirib ki, sözügedən xəritədə Bakıda, məsələn, 7-8 bal gücündə zəlzələ baş verdiyi təqdirdə ola biləcək seysmik risklər də əhatə olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu