Netanyahu, Hizbullahın səhv edəcəyi təqdirdə Livanı məhv edəcəyi ilə hədələyib
İsrailin baş naziri Benyamin Netanyahu Livanın Hizbullah hərəkatını təhdid edib.
O, "Livan İsrailə qarşı böyük bir müharibəyə başlayarsa, məhv ediləcək" - deyə bildirib. Bu barədə, "Times of Israel" məlumat yayıb.
“Hizbullahın bizə qarşı bütün cəhdlərinə baxmayaraq, biz daim şimalda fəaliyyət göstəririk. Biz terror hüceyrələrini məhv edirik, onları sərhəddən sıxışdırırıq, sursatları məhv edirik. Biz şimalda güclü çəkindirməyə davam edəcəyik və cənubda tam qələbəyə nail olacağıq”, - deyə Netanyahu bildirib.
“Biz şimalda və cənubda təhlükəsizliyi bərpa edəcəyik. Hizbullah səhv edib genişmiqyaslı müharibəyə girərsə, Livanı öz əlləri ilə məhv edəcək”, - İsrailin baş naziri əlavə edib.