Belçikada yəhudi qəbiristanlığı təhqir edilib


Belçikanın Şarlerua şəhərində qəbiristanlığın yəhudi bölməsində ən azı 85 məzar daşı vandallar tərəfindən murdarlanıb.



İsrailin Vesti-yə istinadən verdiyi məlumata görə, naməlum şəxslər həmçinin bürünc dekorativ elementləri - Davudun ulduzlarını və digər simvolları oğurlayıblar.

Şarleruanın meri Paul Magnette, "vandalların seçdiyi yer və qəbir daşlarından çoxlu David Ulduzlarının oğurlanması bu hərəkətin antisemit xarakteri ilə bağlı heç bir şübhə yeri qoymur" deyə bildirib.

Mer hücum edənlərin hərəkətlərini qətiyyətlə pisləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu