Səki zəbt olundu, icazəsiz obyekt tikildi - AÇIQLAMA
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində piyadalar üçün nəzərdə tutulmuş səkinin zəbt olunması müzakirələrə səbəb olub.
AFN.az ölkə.az-a istinadən xəbər verir ki, sözügedən ərazidə obyekt tikintisi üçün metal konstruksiyalar quraşdırılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi mövzu ilə bağlı açıqlama verib.
Bildirilir ki, idarənin əməkdaşları tərəfindən 22 noyabr 2023-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi ünvanında şəhərsalma nəzarəti qaydasında aparılan monitorinq zamanı sözügedən ünvanda heç bir icazəverici sənəd olmadan qanunsuz metal konstruksiyanın quraşdırılması faktı aşkarlanaraq tikinti cəhdinin qarşısı alınıb.
“Bununla yanaşı, fakt üzrə müvafiq qaydada akt tərtib edilərək ərazinin nəzarətdə saxlanılması, qısa zamanda söküntü işlərinin və digər tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti üzrə müvafiq dövlət orqanlarına və rayon icra hakimiyyətinə məlumat verilib”, deyə məlumatda qeyd olunub.