Abşeronda qanunsuz tikili sökülüb - VİDEO


Abşeronda qanunsuz tikili sökülüb.



Bu barədə AFN.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Abşeron rayonu, Məmmədli kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikinti aparılması faktı aşkarlanıb.

Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinin iştirakı ilə həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində qanunsuz tikilini sökərək ərazini nəzarətə götürüb.

Bundan başqa, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində də kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müvafiq icazəverici sənədləri olmadan inşa edilən fiziki şəxsə aid tikili Agentliyin əməkdaşları tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə sökülərək ərazi nəzarətə götürülüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu