Zelenski Rusiya ilə münaqişənin gedişatından danışıb


Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə münaqişənin gedişatını şərh edib.



O, bu barədə “YouTube”da yayımlanan “The Sun” nəşrinə müsahibəsində danışıb.

Zelenski vurğulayıb ki, Rusiya öz hərəkətlərini dayandırmayacaq və hücumunu davam etdirəcək. Onun fikrincə, Moskvanın bütün dünya ilə qarşıdurma qorxusu yoxdur. Siyasətçi bildirib ki, ABŞ və Çin Rusiya ordusunu ölkədən çıxarmağa çağırana qədər hərbi əməliyyatları davam etdirəcək.

Ukraynalı siyasətçi həmçinin Qərb silahlarının çatışmazlığından şikayətlənib və Kiyev üçün texnika təchizatının artırılmasına çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu