Kəndin adını dəyişiblər, sakinlərin xəbəri yoxdur - VİDEO
Qusarda kəndin adının dəyişdirilməsi sakinlərin narazılığına səbəb olub.
Söhbət Əvəcuq kəndindən gedir.
Belə ki, kəndin adı Əvəcük olaraq dəyişdirilib. Sakinlər isə bundan təsadüf nəticəsində xəbərdar olublar.
Onlardan xəbərsiz, rəyləri öyrənilmədən kəndlərinin adının dəyişdirilməsinə narazılıq edən sakinlər bildirir ki, mövcud vəziyyətə görə şəxsiyyət vəsiqələrindən tutmuş, digər rəsmi sənədlərədək dəyişmək məcburiyyətindədirlər.
Mövzu ilə bağlı REAL TV-nin süjetini təqdim edirik: