Xaçmazda sakinlər yolu bağladılar - ETİRAZ+VİDEO


Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd sakinləri yolu kəsərək etiraz ediblər.


AFN.az xəbər verir ki, sakinlərin etirazına səbəb yaxınlıqdan keçən dəmiryolu xəttinin inşası ilə məşğul olan şirkətin ağır yük maşınlarının onsuz da pis vəziyyətdə olan kənd yolunu daha da bərbad hala salmasıdır. Sakinlər buna görə də yolu kəsərək, şirkət rəhbərliyi ilə görüşmək və bu biyabırçı vəziyyətə son qoymağı tələb ediblər.
Olay yerinə gələn şirkət rəhbərliyi əvvəlcə sakinlərə etinasız yanaşaraq, maşından düşmək istəməsə də, sonradan kənd əhalisinin tələbi ilə onlarla müzakirəyə məcbur olub. Sakinlərin haqlı tələblərini dinləyən şirkətin rəhbərliyinin təmsilçiləri sakinlərə bu gündən etibarən vəziyyəti düzəldəcəklərinə, proses zamanı kəndə, sakinlərə dəyən ziyanı ortadan qaldıracaqlarına söz verdikdən sonra kənd əhalisi yolu açıb.
Sakinlər bildiriblər ki, təxminən iki saatdan çox çəkən aksiya zamanı hadisə yerinə kənd bələdiyyəsinin sədrindən başqa heç bir qurumun nümayəndəsi, hətta kəndin icra nümayəndəsi də yaxınlaşmayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu