Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə - Qadağa götürüldü
![](/uploads/posts/2023-11/1700040328_photo_2023-11-15_11-12-24.jpg)
Azərbaycanda sürücülük vəsiqələrində qadınların hicabla fotolarının yerləşdirilməsinə qoyulan qadağa aradan qaldırılıb.
AFN.az-a bildirir ki, bu barədə Lent.az-a sürücülük vəsiqəsi alan xanımlar məlumat veriblər.
Qeyd edək ki, uzun müddət idi Azərbaycanda şəxsiyyət və sürücülük vəsiqələrində xanımların hicablı fotolarına qadağa qoyulmuşdu. Bu da inanclı insanlar arasında narazılıqla qarşılanıb.