CNN: "ABŞ İrana Yaxın Şərqdə münaqişənin gərginləşməsini istəmədiyini bildirib"


CNN yüksək rütbəli ABŞ hərbi rəsmisinə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar İrana İsrail və HƏMAS arasında hərbi əməliyyatlar fonunda Yaxın Şərqdə münaqişəni gərginləşdirməyə çalışmadığını bildirmək üçün addımlar atıb.



“İsrail və HƏMAS arasında davam edən münaqişə səbəbindən artan gərginlik fonunda biz İranla, İraqda, Livanda İrana bağlı qruplar və regional tərəfdaşlarımızla birbaşa əlaqə yaratmaq üçün əlavə addımlar atdıq. Biz aydınlaşdırmağa çalışırıq ki, regionda münaqişəni qızışdırmaq niyyətimiz yoxdur”, - deyə telekanal rəsminin sözlərindən sitat gətirir.

Bundan əvvəl Pentaqon ABŞ Hərbi Hava Qüvvələrinin Amerika qüvvələrinin regionda davam edən atəşə məruz qalmasına cavab olaraq Suriyanın şərqində iranpərəst qrupların silah anbarına hücum etdiyini bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu