Kosovo Serbiyaya qarşı soyqırım iddiası qaldırmağa hazırlaşır
Kosovoda 1998-1999-cu illər müharibəsində törədilmiş cinayətlərlə məşğul olan institut yaradılıb. Kosovonun ədliyyə naziri Serbiyaya qarşı soyqırım işi açmağa hazırlaşdıqlarını açıqlayıb.
Kosovo hökumətinin qərarı ilə Kosovoda Müharibə zamanı törədilən Cinayətlər İnstitutu yaradılıb.
Mövzu ilə bağlı açıqlama verən Baş nazir Albin Kurti gələcəyin keçmişə baxaraq qurulacağını və sosial tərəqqi üçün keçmişlə üz-üzə durmağın zəruri olduğunu bildirib. O, müharibə zamanı törədilmiş bütün cinayətlərin və dəyən ziyanın açılması üçün çalışdıqlarını deyib.
“Biz kollektiv yaddaşı qorumaq üçün bir addım atdıq. Biz Serbiyanın 1998-1999-cu illərdə törətdiyi cinayətləri aradan qaldıracaq institutu işə salırıq" - deyə Kurti bildirib.
1600-dən çox adamın hələ də itkin olduğunu bildirən Baş nazir Kurti bu il 11 yerdə aparılan qazıntılarda 6 döyüş qurbanının qalıqlarının tapıldığını qeyd edib.
Kosovanın ədliyyə naziri Albulena Haxhiu Serbiyaya qarşı soyqırım iddiası hazırladıqlarını açıqlayıb.
Kosovonun baş naziri, prezidenti və parlament sədrinin bu istiqamətdə iş apardığını deyən Haxhiu qeyd edib ki, Serbiyaya qarşı soyqırım iddiası hökumət proqramının bəndlərindən biridir.