İranda narkoloji klinikada baş verən yanğında 32 nəfər ölüb
İranın şimalındakı Gilan əyalətinin Lengerud şəhərində narkoloji klinikada yanğın baş verib, 30-dan çox adam ölüb.
Mehr agentliyi xəbər verir ki, bunu əyalət qubernatorunun siyasi, təhlükəsizlik və sosial məsələlər üzrə müavini Məhəmməd Cəlai deyib.
Qubernator müavininin aydınlaşdırdığı kimi, yanğın səhər saat 6-da başlayıb.
"İndiyədək bu insident nəticəsində 32 nəfər həlak olub, 16 nəfər yaralanıb", - Cəlai bildirib.
Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.