Belarus-Latviya sərhədində 12 miqrantın meyiti aşkar olunub
Belarusla Latviya arasında sərhəddə 12 miqrantın meyiti tapılıb.
Bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Amma bunların nə vaxt aşkar edildiyi açıqlanmayıb.
İstintaq Komitəsinin rəsmi nümayəndəsi Sergey Kabakoviç qeyd edib ki, 12 miqrant Latviya təhlükəsizlik qüvvələrinin qurbanı olub, lakin rəsmi Riqa bu cinayətlərə heç bir reaksiya verməyib.
O qeyd edib ki, Latviya tərəfi sistemli şəkildə qanunsuz və məcburi deportasiyalar həyata keçirir və bununla da beynəlxalq müqavilələrin tələblərini pozur.