İsrail ordusu oktyabrın 7-dən Qəzzada 11 mindən çox yeri vurduğunu açıqladı
İsrail ordusu oktyabrın 7-dən bəri blokadada olan Qəzza zolağında 11 mindən çox yeri vurduğunu açıqlayıb.
Vurulan hədəflərin HƏMAS-ın hərbi qanadı olan İzəddin əl-Qəssam Briqadalarına aid hərbi nöqtələr olduğu bildirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, İsrail qüvvələri Qəzza zolağında "quru fəaliyyətlərini" davam etdirir.