ABŞ-da atışma nəticəsində ölənlərin sayı 22-yə çatıb
Amerikanın Men ştatının Lyuiston şəhərində baş verən atışma nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Bu barədə "Fox News" məlumat yayıb.
Bildirilir ki, atışma şəhərin üç fərqli yerində, o cümlədən ticarət mərkəzi və barda baş verib.
Lyuistonda atışma oktyabrın 26-da baş verib. Polis şübhəliləri hələlik həbs edə bilməyib və onlar azadlıqdadırlar.