Stoltenberq İsveçin Türkiyə qarşısında bütün öhdəliklərini yerinə yetirdiyini deyir


İsveç Türkiyə qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirib və indi Şimali Atlantika Alyansına üzv olmağa hazırdır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Stokholmda keçirdiyi mətbuat konfransında deyib.

“İsveç terrorla mübarizəni genişləndirmək üçün bütün öhdəliklərini yerinə yetirdi, konstitusiyasını və qanunlarını dəyişdi, Türkiyəyə silah tədarükünə icazə verdi və indi onun yaxın gələcəkdə alyansa qoşulmasını gözləyirəm” - deyə Stoltenberq bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu