İsrail HƏMAS-a dəstək verdiyi üçün onu həbs etdi
Fələstin əsilli İsrailli aktrisa Maysa Abdel Hadi Fələstinin radikal HƏMAS hərəkatını dəstəklədiyi üçün saxlanılıb.
AFN.az xəbər verir ki, bu barədə ordunun “Qalei İDF” radiosu məlumat yayıb.
Qeyd olunub ki, İsrailin şimalındakı Nazaret şəhərində yaşayan və “Tel-Əviv alovlar içində” (2018) serialında oynadığı Məryəm rolu ilə tanınan Abdel Hadi oktyabrın 24-də səhər saatlarında instaqram səhifəsindəki paylaşıma görə saxlanılıb. Aktrisa Qəzza zolağı ilə İsrail arasında sədləri dağıdan buldozerlərin fotolarını “Gəlin, Berlin üslubunu izləyək” başlığı ilə paylaşıb.
Məlumata görə, Abdel Hadi terrorizmi dəstəkləməkdə ittiham olunub.