İsrail MN: “HƏMAS silahlarını yerə qoymasa, Qəzzada yerüstü əməliyyat qaçılmaz olacaq”
“Fələstinin HƏMAS hərəkatının yaraqlıları bütün girovları azad etməsə və silahlarını yerə qoymasa, İsrail Silahlı Qüvvələrinin Qəzza zolağında yerüstü əməliyyatı demək olar ki, qaçılmazdır”.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Conatan Konrikus deyib.
Onun sözlərinə görə, hazırkı vəziyyət davam edərsə, İsrail hərbçilərinin Qəzzada quru əməliyyatı demək olar ki, qaçılmazdır:
“Məqsədimiz HƏMAS-ı hərbi potensialından tamamilə məhrum etməkdir. Əgər HƏMAS döyüşçüləri gizləndikləri yerlərdən çıxsa, girovlarımızı, 212 nəfərin hamısını geri qaytarsa və qeyd-şərtsiz təslim olsa, o zaman müharibə bitərdi. Lakin bunu etməyəcəklər. Odur ki, İsrail ordusu Qəzzada yerüstü əməliyyatı keçirməlidir”.