Yaqut Nərimanın qaynı qardaşı haqda danışdı - VİDEO


Ötən gün həyat yoldaşı tərəfindən qətlə yetirilən müğənni Yaqut Həşimovanın qaynı danışıb.



AFN.az xəbər verir ki, "Günə son" proqramına açıqlama verən şəxs, qardaşının heç vaxt narkotik maddədən istifadə etmədiyini deyib:

"Mümkün deyil, o insan nəinki narkotik, heç siqaret belə çəkmirdi. Əvvəllər qardaşımla münasibətləri yaxşı idi, qardaşım bir az qısqanc idi, deyirdi o şənliyə getmə, bu toya getmə, o da sözünə baxmırdı. Getsinlər, onlar öz səhvlərini fikirləşsinlər. Qardaşımın öz qazancı olub. İstəyirsiniz dost- tanışından soruşun. Qarşı tərəf səhvlərini başa düşmədi".

Xatırladaq ki, ötən gün Yaqut Həşimovanı həyat yoldaşı Anar Həşimov qətlə yetirib. Hadisə qısqanclıq zəminində törədilib. A.Həşimov daha sonra polisə gedərək könüllü təslim olub.

Yaqut Həşimova "Azəristar" yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.

Ətraflı videoda:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu