İsrail cənubda 500 min vətəndaşını təxliyə etdiyini açıqlayıb


İsrail rəhbərliyi oktyabrın 7-də başlayan müharibədən bəri təxminən 500 min israillini Qəzza bölgəsindən təxliyə edib.



“Yediot Aharonot” qəzetinin məlumatına görə, İsrail ordusunun xarici media sözçüsü Conatan Konrikus baş verənlərlə bağlı xarici mediaya brifinq verib.

Oktyabrın 7-də HƏMAS-ın qəfil hücumundan sonra yarım milyona yaxın israilli evlərini tərk edib, Konrikus bildirib.

Bunların İsrailin cənub bölgəsindən təxliyə edilənlər olduğunu qeyd edən Konrikus, Qəzza zolağından başqa Livan sərhədinə yaxın 20-yə yaxın yaşayış məntəqəsinin də müharibə səbəbilə boşaldıldığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu