Almaniyada Fələstinli qadın yazıçının mükafatlandırma mərasimi təxirə salınıb


Almaniyada 75-ci Beynəlxalq Frankfurt Kitab Sərgisində fələstinli yazıçı Adania Şiblinin "LiBeraturpreis 2023" mükafatına layiq görüləcəyi mərasimin təxirə salındığı açıqlanıb.


Litprom Dərnəyi fələstinli yazıçı Adania Şiblinin "Kiçik bir detal" romanına görə mükafatın oktyabrın 20-də deyil, daha gec veriləcəyini açıqlayıb.

Yerli KİV-in məlumatına görə, assosiasiya təxirə salınmasına səbəb kimi "Həmasın İsrailə hücumu səbəbindən heç kimin bayram etmək istəmədiyini" göstərib.

Müstəqil münsiflər heyəti tərəfindən mükafatlandırılan Şiblinin romanı bəziləri tərəfindən yüksək qiymətləndirilib, bəziləri isə antisemitizm klişelərinin yer aldığı üçün tənqid edib.

Bildirilib ki, mükafatlandırma mərasiminin kitab sərgisindən sonra müəyyən ediləcək tarixdə keçirilməsi planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu