Blinken: "İranın hücumda əli olduğuna dair heç bir birbaşa sübutumuz yoxdur"


ABŞ Dövlət katibi Antoni Blinken NBC News-a deyib ki, İranın HƏMAS-ın İsrailə amansız hücumunda əli olduğuna dair heç bir birbaşa sübutumuz yoxdur.



“İranın HƏMAS ilə çoxdankı əlaqələri var. İranın uzun illər dəstəyi olmadan HƏMAS HƏMAS ola bilməzdi”, - deyə o bildirib.

“Biz bunu bilirik və görürük. Bu xüsusi hücuma gəlincə, hazırda İranın hücumun planlaşdırılmasında və ya icrasında iştirakına dair heç bir birbaşa sübutumuz yoxdur”.

ABŞ-ın İsrailin cavabı ilə bağlı qırmızı xətləri olub-olmaması ilə bağlı suala Blinken belə cavab verib: “Biz onlarla planları müzakirə etdik, amma təfərrüata varmaq fikrində deyiləm. Biz onları dəstəkləməyə sadiqik”.

Daha geniş regional müharibənin başlanması ilə bağlı narahatlıqların olub-olmaması ilə bağlı suala gəlincə isə Blinken, ABŞ-ın bunun baş verməsinə imkan verməməkdə qərarlı olduğunu söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu