Fələstin-İsrail münaqişəsi neft bazarını çökdürür - İranın iştirakı təsdiqlənərsə...


Dünya bazarında neft Fələstin-İsrail münaqişəsinin hazırkı gərginləşməsi fonunda 4 faiz ucuzlaşıb.



AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Beynəlxalq birja ticarətinin məlumatına görə, "Brent" markalı neft 0,6 faiz və ya 56 sent ucuzlaşaraq 87,59 dollar/barelə bərabər olub.

"West Texas Intermediate" gilinin bir barreli də 56 dollar və ya 0,6 faiz ucuzlaşaraq 85,82 dollar/barelə düşüb.

Qeyd olunur ki, hazırda bazar Fələstin-İsrail münaqişəsinin indiki gərginləşməsində İranın iştirakının təsdiqlənib-təsdiqlənməyəcəyini gözləyir.

Bu təsdiqlənərsə, ABŞ İran neftinə qarşı sanksiyalara ciddi şəkildə əməl etməli olacaq ki, bu da bazara əlavə impulslar verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu