ABŞ Misirdəki vətəndaşlarına xəbərdarlıq edib
ABŞ Misirdəki vətəndaşlarına təhlükəsizlik tədbirlərini artırmaq barədə xəbərdarlıq edib.
İsgəndəriyyədə polisin açdığı atəş nəticəsində 2 israilli turist və bir misirlinin öldüyü, bir misirlinin yaralandığı hadisədən sonra ABŞ-ın Qahirə səfirliyi yazılı açıqlama verib.
Açıqlamada, polisin hücumunun Qəzzadakı hadisələrlə əlaqəli ola biləcəyi ifadə edilərək, ABŞ vətəndaşlarına "təhlükəsizlik və ehtiyat tədbirlərini artırmağı" tövsiyə edib.
Hücumdan sonra Misirin rəsmi xəbər agentliyi MENA-da yer alan xəbərə görə, yaralı xəstəxanaya aparılıb, atəş açan polis məmuru saxlanılıb və hadisə ilə bağlı araşdırma başlanıb.