Yaponiyada yuxu siqnalı: 6 saatdan az yatmayın


Yaponiyada hökumət yuxusuzluqdan əziyyət çəkən yapon yaşlılara gecə ən azı 6 saat yatmağı tövsiyə edib.


Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin araşdırması göstərib ki, ölkə üzrə kişilərin 37,5 faizi və qadınların 40,6 faizi gündə orta hesabla 6 saatdan az yatır.

Bu həftə açıqlanan layihədə Nazirlik yuxu müddətini və keyfiyyətini yaxşılaşdırmaq üçün böyüklərə gecə ən azı 6 saat yatmağı tövsiyə edib.

Sözügedən hesabatda yuxu müddətləri "həyəcan verici" olaraq izah edilir və tövsiyə olunan yuxu müddəti yaş qruplarına görə dəyişir.

Buna uyğun olaraq, 1-2 yaşlı uşaqlar üçün 11-14 saat, 3-5 yaşlı uşaqlar üçün 10-13 saat, ibtidai sinif şagirdləri üçün 9-12 saat, yuxarı sinif şagirdləri və ali məktəb tələbələri üçün 8-10 saat yuxu tövsiyə olunur.

Nazirlik həftə ərzində ictimaiyyətlə paylaşılan hesabatı ilin sonuna kimi yekunlaşdıracaq.

OECD-nin 2021-ci ildə apardığı araşdırmada, Yaponiyada insanların orta hesabla 7 saat 22 dəqiqə yatdığı ortaya çıxıb. Bu göstərici 33 ölkə arasında ən qısa yuxu müddəti olub.

Mütəxəssislər gündə 6-8 saat yuxunun böyüklər üçün ideal olduğunu iddia edirlər, çünki depressiya, xərçəng və ürək döyüntüsü kimi xəstəliklər gündə 7 saat yatanlarda daha az müşahidə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu