Florensiyada yeni evlərin qısamüddətli kirayəsi qadağan edilib


İtaliyanın turizm şəhərlərindən biri olan Florensiya, tarixi şəhər mərkəzinin sərhədləri daxilində turistlərə qısamüddətli yaşayış üçün yeni ev kirayəsini qadağan edib.


İtaliya mətbuatında yer alan xəbərlərə görə, Florensiya Şəhər Şurasının qəbul etdiyi qərarla "Airbnb" kimi platformalar vasitəsilə qısa müddətli yaşayış üçün yeni evlərin kirayəsi qadağan edilib.

Şəhər şurasının qərarında qısamüddətli kirayə modelindən imtina edərək evlərini uzunmüddətli kirayələrə açan ev sahibləri üçün mənzil vergilərində endirim də nəzərdə tutulur.

Florensiya meri Dario Nardella məsələ ilə bağlı açıqlamasında mərkəzdə yaşayan şəhər sakinlərinin mənzil otellərində yaşamaqdan şikayətləndiyini və bu qərarların yerli əhalinin yardım çağırışına cavab olduğunu bildirib.

Nardella, bu qısa müddətli mənzil kirayəsinin şəhərdə kirayə qiymətlərinin də artmasına səbəb olduğunu ifadə edərək, "2016-cı ildə Airbnbdə 6 mindən bir qədər az mənzilimiz var idi. Bu gün demək olar ki, 14 min 378 mənzilimiz var. Bu müddət ərzində normal aylıq mənzil kirayələrinin orta dəyəri 42 faiz artıb. Keçən il qiymətlər 15,1 faiz artıb" - deyə durumu şərh edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu