Qanada silahlı hücum nəticəsində 9 nəfər həyatını itirib


Qananın şimalında baş verən silahlı hücumda 9 nəfərin həyatını itirdiyi bildirilib.


Pusiga bölgə rəisi Zubeiru Abdulai verdiyi açıqlamada, Qana ilə Toqo sərhədindəki Pusiqa bölgəsinin Cinkasse kəndində şəxsiyyətləri hələlik müəyyən edilməmiş silahlı şəxslərin ticarətçiləri daşıyan avtomobilə hücum etdiyini bildirib.

Əbdüləi hücumda 9 nəfərin həyatını itirdiyini, çoxlu sayda insanın yaralandığını bildirib.

Qanada yaraqlılar arasında zorakılıq nadir olsa da, qonşu Toqo və Fil Dişi Sahilindəki yaraqlılar şimal sərhədləri boyunca ara-sıra hücumlar təşkil edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu