Astarada bir neçə kəndi birləşdirən yol çöküb


Astara rayonunda selin törətdiyi fəsadlar artmaqdadır.



Ötən gecə Astara rayonunun Şağlazüzə kəndində Pensər - Şağlazüzə - Şamətük kəndlərini birləşdirən dağlıq yol çöküb. Yolda nəqliyyatın hərəkəti daynıb.

Şağlazüzə - Siyokəş yolunu birləşdirən körpünü də sel suları dağıdıb.

Ərazidə təmir-bərpa işlərini aparmaq üçün isə öncə dünən dağılan Vaqo körpüsü bərpa olunmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu