Ruslar Polşaya çatsa, bundan sonra nə olacaq? - Zelenski dünyaya səsləndi


Ukrayna prezidenti Vladimir Zelenski dünya nizamının təhlükə altında olduğunu deyib.


“Ukrayna süqut etsə, on ildən sonra nə baş verəcək? Sadəcə bu barədə düşünün. Ruslar Polşaya çatsa, bundan sonra nə olacaq? Üçüncü Dünya Müharibəsi?” – deyə Zelenski Amerikanın “60 Dəqiqə” proqramına müsahibəsində bildirib: “Biz bütün dünyanın dəyərlərini müdafiə edirik. Ən yüksək qiyməti isə ukraynalılar ödəyir. Biz həqiqətən azadlığımız üçün mübarizə aparırıq, ölürük. Biz elmi fantastika deyilik, biz kitab deyilik. Biz dünyanı məhv etmək təhlükəsi yaradan nüvə dövlətinə qarşı real mübarizə aparırıq”.

Zelenski qeyd edib ki, Amerika Birləşmiş Ştatları Ukraynanı maliyyə cəhətdən dəstəkləyir: "Mən buna görə minnətdaram. Mən sadəcə hesab edirəm ki, onlar təkcə Ukraynanı dəstəkləmirlər. Ukrayna yıxılarsa, Putin sözsüz ki, yoluna davam edəcək. Putin Baltikyanı ölkələrə çatanda Amerika Birləşmiş Ştatları nə edəcək? O, Polşa sərhədinə nə vaxt çatacaq? Ukrayna daha nə etməlidir ki, hamı bizim böyük minnətdarlığımızı ölçə bilsin? Biz bu müharibədə həlak oluruq.

Bütün dünya qərar verməlidir ki, biz Putini dayandırmaq istəyirik, yoxsa dünya müharibəsinə başlamaq istəyirik. Biz Putini dəyişə bilmərik... Keçmişə qayıda bilmərik. Amma biz bunu burada dayandıra bilərik”.

Qeyd edək ki, Zelenski bu həftə BMT Baş Assambleyasında çıxış etmək, Ağ Ev və Konqresə səfər etmək üçün ABŞ-a getməyi planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu