Azərbaycanda şok hadisə - Ana oğlunu bıçaqladı


Tərtər rayonunda ana oğlunu bıçaqlayıb.



AFN.az qafqazinfo-ya istinadən xəbər verir ki, Tərtər şəhəri H.Əliyev prospektində yaşayan 1965-ci il təvəllüdlü Xanım İmanova yaşadıqları evdə oğlu, 32 yaşlı Nahid İmanlını bıçaqlayıb.

Ailədaxili münasibətlərin pozulması nəticəsində baş verən hadisədə sol döş qəfəsinin aşağı arxa hissəsinin kəsilmiş-deşilmiş xəsarətləri alan N.İmanlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanıb. X.İmanova polis tərəfindən saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu