Gəncədə iki qardaş bıçaqlandı
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Vüsal Rəhimov sol budun, qardaşı - 1992-ci il təvəllüdlü Anar Rəhimov isə qolun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal hər iki xəstənin yaraları tikilib, vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə, qardaşları Göygöl rayonunun Murovdağ qəsəbəsinin sakini, 1994-cü il təvəllüdlü Əliyev Mərhəmət Rəhim oğlu bıçaqlayıb.
M.Əliyev qardaşlar tərəfindən döyüldüyü üçün onları bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)