BMT Liviyaya ərzaq yardımının ilk partiyasını göndərib

BMT minlərlə insanın həyatını itirdiyi daşqınlardan əziyyət çəkən Liviyaya Ümumdünya Ərzaq Proqramı (ÜƏP) yardımının ilk partiyasını göndərib.
"Yaxın günlərdə Liviyada 5 mindən çox ailəyə yardım göstərməyi planlaşdırırıq", - deyə təşkilatın press-relizində deyilir."ÜƏP artıq 52 mindən çox insana qida və pul şəklində yardım edir.
Liviyanın şimal-şərqini vuran "Daniel" qasırğasından ən çox zərər çəkən Derna şəhəri olub: burada iki bənd dağılıb. Liviya Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, Derna yaxınlığındakı bəndlərin dağıması bu bölgədə çoxsaylı insan tələfatının əsas səbəbi olub.
Dernada qurbanların sayı hazırda 6 mindir. Liviya Səhiyyə Nazirliyi qurbanların sayının 10 minə çatacağını gözlədiyini bildirib.