Sədrlər partiyalarını girov qoyurlar?


"Partiya sədrləri təşkilatı girov qoya bilməzlər”.



Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov partiya sədrlərinin bankdan kredit götürən zaman təşkilatı girov qoya və yaxud partiyanı daimi gəlir yeri kimi göstərə bilərlərmi sualına cavablayarkən deyir.

Vəkil bildirib ki, partiya əmlak deyil və sədr onu girov qoya bilməz:

"Partiya sədrləri və orada çalışan digər şəxslərin əmək müqaviləsi varsa, onlar gəlir yeri kimi göstərə bilərlər. İstəlinən təşkilatlarda bu belədir. Partiya kommersiya təşkilatı deyil. Kommersiya təşkilatkarında olan payları girov qoymaq olar”.

Əkrəm Həsənov qeyd edib ki, partiya qeyri-kommersiya təşkiliat olduğundan onu heç bir halda girov qoymaq olmaz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu