Avropa İttifaqı Krımda və Rusiyanın yeni bölgələrində keçirilən seçkiləri tanımır


Avropa İttifaqı DXR, LPR, Xerson və Zaporojye vilayətlərində, Krım və Sevastopolda keçirilən seçkiləri tanımır; siyasi rəhbərlik və səsvermənin təşkilində iştirak edənlər üçün nəticələr olacaq.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Cozef Borrell deyib.

“Avropa İttifaqı həm qondarma “seçkilər” faktını, həm də onların nəticələrini tanımır və tanımayacaq. Rusiya siyasi rəhbərliyi və onların təşkilatı ilə əlaqəli olan şəxslər bu qanunsuz hərəkətlərin nəticələri ilə üzləşəcəklər”, - deyə onun açıqlamasında bildirilir.

Aİ hesab edir ki, bu bölgələrdə seçkilərin keçirilməsi qurumun Ukraynanın hesab etdiyi ərazilərə qanunsuz hərbi nəzarəti leqallaşdırmaq üçün növbəti cəhddir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu