Cənubi Koreya Ukraynaya 2,3 milyard dollar məbləğində əlavə yardım göstərəcək


Cənubi Koreya prezidenti Yoon Seok-yeol Ukraynaya ölkənin müharibədən çıxmasına kömək etmək üçün əlavə 2,3 milyard dollar yardım göstərəcəyini vəd edib.


"Yonhap" xəbər verir ki, Yoon G20-nin Yeni Dehlidə keçirilən sammiti zamanı vədini açıqlayaraq, Cənubi Koreyanın 2024-cü ildə ilkin olaraq 300 milyon dollar humanitar yardım, qalan 2 milyard dolları isə bu çərçivədə uzunmüddətli, aşağı faizli kreditlər şəklində təqdim edəcəyini söyləyib.

"Bu, bizim Ukraynada sülhün bərpasına kömək etməkdə qlobal əsas dövlət kimi məsuliyyətli rolumuzu nümayiş etdirəcək və Ukraynanın gələcək bərpasında tam iştirakımızın əsasını qoyacaq", - deyə prezident bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu