Priqojinlə birgə təyyarədə ölən 6 nəfərin kimliyi məlum oldu - FOTO
Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarənin göyərtəsində Yevgeni Priqojin və Dmitri Utkinlə birgə “Vaqner” özəl hərbi şirkətinin rəis müavinlərindən biri Valeri Çekalov olub.
AFN.az xəbər verir ki, o, şirkətin mühafizə xidmətinin işinə nəzarət edirdi.
Bundan əlavə təyyarədə ölənlərdən biri gəminin komandiri Aleksey Levşindir. O, Priqojinin uçuşları ilə məşğul olub. Ölənlər arasında yeganə qadın və stüardessa Kristina Raspopovadır.
Sərnişinlər arasında Ukraynada döyüşlərdə aktiv iştirak etmiş "Vaqner" döyüşçüləri Sergey Propustin, Yevgeni Makaryan və Aleksandr Totmin də olub.